
Amerikada şiddətli fırtına olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət zamanı 5 nəfər ölüb.
Olay bu ölkənin Miçiqan bölgəsində yaşanıb.
Şiddətli fırtınadan sonra bölgədə 390 mindən çox abunəçinin elektrik enerjisi kəsilib.
Təbii fəlakət bölgədə həyatı iflic edib. Olaydan sonra evlərin çatısı uçub, ağaclar və elektrik dirəkləri aşıb.
Ölənlərdən ikisi iki avtomobilin bir-birinə çırpılması nəticəsində həlak olub.
Təbii fəlakətdən sonra bölgə çapında təmizlik işləri başladılıb.
Tərcümə: Arzu