Amerikada silahlı hücum: 6 nəfər güllələndi

  • By admin
  • 17 Yanvar 2023 14:28

Amerikada dəhşətli silahlı qətliam olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Kaliforniya bölgəsində bir evdə silahlı atəş nəticəsində 6 nəfər həlak olub. Ölənlərdən biri 6 aylıq körpə və onun anasıdır.

Dövlət rəsmiləri olayla bağlı iki şübhəlinin axtarışını elan ediblər. Onların açıqlamasına görə hadisə yerli saatla 03:30-da yaşanıb.

Tətikçi ətrafa çoxlu sayda silah atışı edib. Həmin zaman orada olan digər 3 şəxs də həlak olub.

Qətliamçının digər bir qruplaşma ilə əlaqəli olduğu ehtimal edilir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info