Amerikada supermarketə hücum oldu: Çoxlu sayda ölənlər var

  • By admin
  • 23 Noyabr 2022 15:59

Amerikanın Virciniya əyalətində supermarketə edilən hücumda 7 nəfər həlak olub

 

Gununsesi.info “Euronews”a istinadən xəbər verir ki, hadisə zamanı yaralanan 5 nəfərin müalicəsi isə davam etdirilir. Hücum edən adamın vurularaq zərərsizləşdirildiyi bildirilir.

Digər xəbərlərdə isə hücumçunun intihar etməsi yazılır.

Polislər hücum edən adamın kimliyi və qətliamı nə səbəblə törətməsi ilə bağlı açıqlama vermirlər. Anacq şahidlər caninin mağazada idarəçi vəzifəsində çalışmasını bildiriblər.

Tərcümə: Arzu Sayadoğlu