Amerikada təyyarə qəzası oldu – Ölənlər var

  • By arzu
  • 18 Sentyabr 2023 10:44

Amerikada təyyarə qəzası olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, havada nümayiş edən iki təyyarə göydə bir-birinə çırpılıb.

Olay zamanı iki pilot həyatını itirib. Amerikanın Nevada əyalətində yaşanan təyyarə qəzası zamanı yaralananların olmadığı bildirilir

“Rena Hava Yarışları” tədbirində yaşanan qəza tədbir qapanarkən yaşanıb.

Rena Hava Yarışları İttifaqı qəzanı və ölənlərin sayını təsdiq edib.

Amerika rəsmiləri baş verən faciəvi qəza ilə bağlı araşdırmalar başladıb.

Ölənlər hər iki təyyarənin pilotlarıdır.

Tərcümə: Arzu

Gununsesi.info