Amerikada vəziyyət gərginləşir: Prezident Tramp seçkilərin gerçək nəticələrini göstərəcəyinə söz verdi

  • By admin
  • 05 Yanvar 2021 11:30

ABŞ-ın hazırkı prezidenti Donald Tramp noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin gerçək nəticələrini göstərəcəyinə söz verib.

 

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, ABŞ lideri bu barədə “Twitter” hesabında bildirib.

“Təsdiqlənmiş nəticələrin etibarlı şəkildə səhv olduğu halda səsvermənin nəticələrini necə təsdiq edə bilərsiniz? Gerçək rəqəmləri mənim çıxışım zamanı görəcəksiniz, ancaq yanvarın 6-da”, Tramp əlavə edib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasiminin yanvarın 20-də keçirilməsi planlaşdırılıb. Pandemiya səbəbindən mərasimin yığcam formatda keçirilməsi qərara alınıb. İnaqurasiya ilə bağlı paradın onlayn keçiriləcəyi bildirilib.

Gununsesi.org