Beynəlxalq Bank üçün ayrılmış 15 milyard bata bilər
Manatın devalvasiyanın düzgün şəkildə aparılmaması hələ də Azərbaycan iqtisadiyyatına təsirini göstərməkdədir. Gununsesi.info bildirir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Agentliyin mütəxəssisləri hesab edir ki, Azərbaycanda aparılan pul-kredit siyasəti MDB-nin digər neft istehsalçısı olan ölkələrlə müqayisədə zəifdir.
“Fitch” qeyd edir ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiyası dövlət bankının reputasiyasına xələl gətirib və onun sağlamlaşdırılması üçün yetərli olmaya bilər.
Hökumət Beynəlxalq Bankı xilas etmək üçün 15 milyard sərf edib.