Amerikadan İsrailə etiraz

  • By admin
  • 22 May 2023 12:25

Amerika İsrailin aşırı sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben Qvirin Məscidi-Əqsaya qarşı verdiyi basqını əmrini qınayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ rəmisi Mart Miller açıqlamasında bu halın “narahatlıq verici” olduğunu bildirib.

Miller yazılı açıqlamasında İsrail hökumətinin Fələstindəki məskunlaşma ilə bağlı “qalıcı varlıq” qərarnaməsinin qanunsuz olduğunu vurğulayıb.

Fələstin torpaqlarında inşa edilən məskunlaşam yerlərinin konfliktin iki dövlətli həll yoluna mane oldunu açıqlayan Miller bütün tərəflərə çağırış edərək bu müqəddəs yerlərə hörmət qoyulmasını istəyib.

Xatırladaq ki, nazir Ben Qvirin İsrailin işğalı altındakı Fələstin torpaqlarına basqın əmri gərginliyi bir qədər də yüksəldib.

Bundan sonra bir çox Qərb ölkələri İsrailin bu addımına qarşı etirazlar səsləndirib.

 

Tərcümə: Arzu

Gununsesi.info