Amerikadan maraqlı layihə: Süni beyin təqdim edildi

  • By arzu
  • 13 İyun 2020 18:31

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri memristorlar adlandırılan on minlərlə süni sinapsdan ibarət süni beyin hazırlayıblar. Bu haqda “Nature Nanotechnology” jurnalında dərc edilmiş məqalədə deyilir.

Gununsesi.org ictnews.az-a istinadən bildirir ki, memristorlar silisium, həmçinin gümüş və mis ərintisindən hazırlanıb. Hazırlanmış çip vizual informasiyanı yadda saxlamağa və onu karbonlu komponentlərdən istehsal edilmiş mövcud memristor konstruksiyaları ilə müqayisədə daha dəqiq canlandırmaq qabiliyyətinə malikdir. Bu, informasiyanı insan beyini kimi emal edən elektronikanın bir növünü təşkil edən neyromorfik qurğuların işini yaxşılaşdırmağa imkan verəcək. Belə sxemlər yığcam qurğulara inteqrasiya edilə və hələ ki yalnız superkompüterlər üçün həlli mümkün olan mürəkkəb tapşırıqları yerinə yetirə bilərlər.

Gununsesi.org