
Ağ Evdən Türkiyədəki 14 may siyasi seçkiləri ilə bağlı açıqlama səsləndirilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəsmisi Con Kerbi Türkiyədəki Parlament və Prezidentlik seçkiləri üçün bu ölkənin demokratiya ənənəsinə vurğu edib.
Mətbuat toplantısında jurnalistlərin suallarını cavablayan Kerbi Türkiyənin demokratiya ənənəsinə və demokratik qurumlara sahib olmasından bəhs edərək bunları deyib:
“Bütövlükdə, seçkilərdə hansısa namizədlə bağlı rəy etmək istəmirəm. Buna türk milləti qərar verəcək”
Tərcümə: Arzu Sayadoğlu