
“…“Diriliş Ərtoğrul” və Türkiyənin dünyadakı humanitar fəaliyyətləri bizi heyrətləndirdi…”
Amerikada bir meksikalı cütlük məşhur Türk televiziya serialını izlədikdən sonra İslamı qəbul etmək qərarına gəlib.
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, ər və arvad tarixi sərgüzəşt serialına vurulub. Və bundan sonra filmdə gördükləri ilə maraqlanaraq müsəlman mədəniyyətini öyrənməyə başlayıblar.
Meksikalılar İslamdan o qədər təsirləniblər ki, özləri də müsəlman olmağa qərar veriblər. Ərtoğrulda Əbdürrəhman Alp rolunu canlandıran sevimli aktyorları Cəlal Əlinin iştirakı ilə onlar üçün əhəmiyyətli bir hadisə baş verib. Ər-arvad Los-Ancelesdəki bir mərasimdə türk sənətçisi ilə birlikdə şəhadət gətirərək İslamı qəbul ediblər.
“Türk serialı “Diriliş Ərtoğrul” və Türkiyənin dünyadakı humanitar fəaliyyətləri bizi heyrətləndirdi və nəticədə müsəlman olmağa qərar verdik” – deyə yenicə müsəlman olmuş meksikalı ər-arvad söyləyib.
Kəlmeyi-şəhadəti oxuduqdan sonra onlara ingilis və ispan dillərində Quran təfsirləri verilib.