Dünya şöhrətli amerikalı aktyor Morqan Friman haqqında irəli sürülən cinsi zorakılıq ittihamlarına görə üzr istəyib.
GUNUNSESİ.İNFO BBC-yə istinadən xəbər verir ki, aktyora qarşı 8 qadın və digər bir neçə şəxs ittiham irəli sürüb. 80 yaşlı Friman “Qadınları narahat hiss etdirmək niyyətim olmayıb. Hərəkətlərimə görə narahat və təhqir edilmiş hiss edən hamıdan üzr istəyirəm” açıqlamasını verib.
Qeyd edək ki, prodüser Harvey Veystaynın törətdiyi cinsi zorakılıq və zorlama faktlarının ortaya çıxmasından sonra bir çox məşhur şəxsə qarşı oxşar ittihamlar irəli sürülüb. Prodüserin yaxın dövrlərdə polisə təslim olacağı gözlənilir.