Amerikalı çip emalçısının bazar dəyəri 1 trilyon dollara çatdı

  • By admin
  • 26 May 2023 10:57

Dünya çapında çip (sxem) emalı son illərdə böyük önəm qazanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniyada yerləşən çip emalçısı “Nvidia”nın hissə dəyəri  gözləntiləri aşan gəlir təxminlərindən sonra 30% yüksələrkən şirkətin birja dəyəri 1 trilyon dollara yaxınlaşıb.

Bu artımda şirkətin gələcəyə yönəlik satış təxminlərinin birja gözləntilərini aşması təsirli olub.

Nvidia şirkətinin Baş Meneceri Yensen Huanq Open Aİ və ChatGPT kimi suni zəka tətbiqləri kimi dil inkişaf etdirən vasitələrin yüksəlişinin bilgi işləmək gücünə tələbi artırdığını bildirib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info