Amerikalı diplomat İsraildə ölü tapıldı

  • By admin
  • 05 Mart 2024 08:52

ABŞ-ın İsraildəki səfirliyində işləyən diplomat ölü tapılıb.

Gununsesi.info bildirir ki, ABŞ-ın İsraildəki səfirliyindən verilən açıqlamada amerikalı diplomatın Qüdsdə öldüyü, lakin həmin şəxsin ABŞ-ın İsraildəki səfiri olmadığı təsdiqlənib.

Amerikalı diplomatın ölüm səbəbi barədə məlumat verilmir, lakin diplomatın ölümündə şübhəli heç nə olmadığı qeyd edilir.

İsrail mediası diplomatın Qüdsdəki mənzildə ölü tapıldığını yazıb.

 

Gununsesi.info