Amerikalı diplomat Türkiyədə pasportunu satarkən saxlanıldı -Video

  • By admin
  • 22 Dekabr 2021 14:23

İstanbul Hava Limanında öz pasportunu suriyalı bir nəfərə satmaq istəyən amerikalı diplomat saxlanılıb.

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, amerikalı diplomatın Almaniyaya getmək istəyən suriyalıdan saxta pasport qarşılığında 10 min dollar aldığı məlum olub.

HTML tutorial

Belə ki, Suriyadan olan R.S. noyabrın 11-i axşam saatlarında Almaniyaya uçmaq üçün İstanbul Hava Limanına gəlib. Həmin şəxs yoxlanışdan öz pasportu ilə keçib və bundan sonra ABŞ-ın Beyrutdakı konsulluğunda diplomat olaraq çalışan D.J.K. ilə görüşüb.

Gözləmə zalında bir müddət söhbət edən suriyalı şəxslə amerikalı diplomat onlara yaxın ərazidə yerləşən tualetə gediblər.

Amerikalı diplomat burada öz xüsusi pasportunu 10 min dollar qarşılığında suriyalı şəxsə verib. Saxta pasportu götürən suriyalı bir müddət daha zalda gözləyib, amerikalı diplomat isə oranı tərk edib.

Hadisə hava limanının təhlükəsizlik kameralarına düşüb. Polislər onun pasportunu yoxlamaq istədikdə suriyalı qaçıb. Hava limanında yenidən görüşən hər iki şəxs polis tərəfindən yaxalanmamaq üçün geyimlərini dəyişiblər. Lakin bu anlar təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və bunun sayəsində onların yeri təyin edilərək saxlanılıblar. Onların üzərindən 10 min dollar və diplomatın şəxsiyyət vəsiqəsi aşkar olunub.

Almaniyaya qaçmaq istəyən Suriya vətəndaşı R.S. rəsmi sənədləri saxtalaşdırmaq ittihamı ilə azadlığa buraxılıb. Amerikalı diplomat həbs edilib.

Gununsesi.info