Amerikalı general “Taliban” nümayəndələri ilə görüşüb

  • By admin
  • 16 Avqust 2021 10:18

ABŞ Ordusu Mərkəzi Komandanlığının rəhbəri general Frank Makkenzi Doha şəhərində “Taliban” qiyamçılarının nümayəndələri ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “FoxNews” telekanalı məlumat yayıb.

Məlumata görə, general “Taliban”a Kabildən çıxan amerikalılara hücum etməmələri barədə xəbərdarlıq edib. O, hücum ediləcəyi təqdirdə, Amerika ordusunun onlara zərbə endirəcəyini bildirib.