Amerikalı generaldan təhlükəli sözlər: "İRAQLI KÜRDLƏR AZAD OLACAQLAR"

  • By admin
  • 25 May 2017 20:31

vincent

“İraqlı kürdlər azad və müstəqil olacaqlar…”

Gununsesi.info-nun FOX TV-yə istinadən xəbərinə görə, bunu amerikalı korgeneral Vincent Stuart deyib.

Ancaq, o, eyni zamanda iddia edib ki, əsas problem bunun nə vaxt olacağıdır:

“Bu məsələdə əsas problem və məsələ kürdlərin müstəqilliyinin nə vaxt reallaşacağıdır”-deyə, o, sözlərinə əlavə edib.

Onu da xatırladaq ki, bir müddət öncə “İraq Kürdüstanı”nın lideri Məsud Bərzaninin danışmanlarından biri bu ilin avqust ayında müstəqilliyin elan olunması ilə bağlı referendumun keçiriləcəyini bildirmişdi.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info