Amerikalı gimnastdan möhtəşəm akrobatika tullanışı – VİDEO

  • By admin
  • 03 Dekabr 2019 12:16

Amerikalı gimnast Simona Baylzın qüllədən suya tullanması ilə bağlı “Instagram” səhifəsində paylaşdığı video böyük maraq doğurub.

Gununsesi.org-un məlumatına görə, bu barədə Lenta.ru xəbər yayıb.

Bildirilir ki, istirahətdə olan gimnast iki salto həyata keçirib. İstifadəçilər tullanışı “çox heyrətamiz və inanılmaz” adlandırıb. Bəzi istifadəçilər isə ona idman sahəsini dəyişərək, Olimpiadada suya tullanışda iştirak etməyi məsləhət görüblər.

Qeyd edək ki, 22 yaşlı Baylzın hesabında dünya çempionatının 19 medalı var. O, 2016-cı ildə  Rio-De-Janeyro Oyunlarında dörd dəfə Olimpia Çempionu olub.

 

Gununsesi.org