
Gununsesi.info xarici mediaya istinadən bildirir ki, jurnalist Amerika hökumətinin maraqları naminə casusluqda şübhəli bilinir. “ABŞ vətəndaşı 1991-ci il təvəllüdlü Qerşkoviç Evan qanunsuz fəaliyyətini dayandırıb. O, Rusiya Nazirliyində akkreditə olunmuş Amerikanın “The Wall Street Journal” qəzetinin Moskva bürosunun müxbiridir.
Hələlik qəzetdən açıqlama daxil olmayıb. Verilən məlumatlara əsasən, Qerşkoviçə hərbi müdafiə kompleksindəki müəssisələrdən birinin fəaliyyəti haqqında məlumat toplamaq əmri verilib.
Tərcümə:
Şəbnəm
Gununsesi.info