Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində həbs olunan amerikalı keşiş Andrey Brunsonun “Demokratik Birlik Partiyası”nın (PYD) terrorçularına müqəddəs hesab olunan kilsədə kürtçə ayin təşkil etdiyi ortaya çıxıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumət protestant camaatına aid İzmir Diriliş Kilsəsinin keşişi A.Brunsonu 2016-cı ilin sentyabrında “milli təhlükəsizliyə təhtid törədən fəaliyyətlə məşğul olduğu” iddasıyla həyat yoldaşı Norine Brunson ilə birlikdə ölkədən deportasiya edilməsinə qərar verib.
Belə ki, 20 ildir Türkiyədə yaşayan Brunson cütlüyü viza müddətinin də bitdiyi məlum olub. Bu arada onların ölkədən deportasiya olunması ilə bağlı sənədlər hazırlanarkən Türkiyədə aparılan FETÖ istintaqı zamanı adı açıqlanmayan gizli şahid A.Brunsonun əleyhinə ədliyədə ifadə verib.
Şahid A.Brunsonun əleyhinə ədliyədə verdiyi ifadəsində qeyd edib ki, müxtəlif illərdə missionerlik fəaliyyətiylə məşğul olan keşiş bu arada FETÖ-nü təbliğ edib. Nəticədə Ədliyyəyə sövq edilən A.Brunson həbs olunub.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Amerikaya etdiyi səfər zamanı ABŞ prezidenti Donald Tramp Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək həbs olunan İzmir Diriliş Kilsəsinin keşişi A.Brunsonun azad edilməsini tələb edib.
Anar
Gununsesi.info