Amerikalı konqresmen Qarabağa səfər edəcək

  • By admin
  • 11 Avqust 2017 10:42

default

Amerikalı konqresmen sentyabrda Ermənistana və oradan da Azərbaycanın işğal olunmuş əraziləri olan Dağlıq Qarabağa səfər etmək niyyətindədir.

Gununsesi.info “Asbarez” mətbu orqanına istinadən xəbər verir ki, ABŞ Konqresində Ermənistanla (Armenian Caucus) dostluq qrupunun həmsədri Frenk Pallone İsrailə səfəri çərçivəsində Qüdsdə erməni məhəlləsində olub və orada erməni patriarx Nurxan Manukyanla görüşüb.

Görüş zamanı tərəflər digər məsələlərlə yanaşı, Ermənistandakı və Qarabağdakı vəziyyət ətrafında da fikir mübadiləsi aparıblar. Erməni patriarx ABŞ Konqresinin Ermənistanla sıx əlaqələr qurmaq niyyətini, eyni zamanda Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə verdiyi dəstəyi təqdir edib və ona təşəkkürünü bildirib.

Amerikalı konqresmen isə öz növbəsində, deyib ki, 2017-ci ilin sentyabrında Ermənistanın müstəqilliyi ilə əlaqədar olaraq keçrilən tədbirdə iştirak etmək üçün İrəvana səfər edəcək və oradan da Qarabağa səfər etmək niyyətindədir.

Mürtəza

Gununsesi.info