Amerikalı məşhur aktyor vəfat etdi

  • By Günel
  • 21 Mart 2025 08:39

Amerikalı məşhur aktyor Uinqz Hauzer 77 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə onun qızı məlumat yayıb.

Aktyor Kaliforniya ştatının Santa-Monika şəhərindəki evində dünyasını dəyişib.

Ölüm səbəbi isə xroniki obstruktiv ağciyər xəstəliyi olub.

Qeyd edək ki, aktyor məşhur “Doktor Hauz”, “Gənc və cəsarətlilər” seriallarında, “Əxlaq polisi”, “Rezin” filmlərində rol alıb.

Gununsesi.info