
Amerika Dövlət Departamentinin(Xarici İşlər Nazirliyi) rəhbəri Antoni Blinken Qarabağda davam edən hərbi əməliyyatlarla bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ rəmisi Dağlıq Qarabağdakı hərbi əməliyyatlardan dərin narahatlıq keçirdiklərini bildirib.
Amerikan siyasətçi Blinken iddia edib ki, bu cür addımlar, onsuz da vahiməli olan insani durumu daha da pisləşdirir.
“Bu hərəkətlər Qarabağda barışığa olan ümidləri baltalayır”, – deyə Dövlət Departamentinin rəhbəri vurğualyıb.
Blinken davam edən hərbi əməliyyatlarla bağlı yazılı açıqlamasında anlaşmazlıqların həlli üçün gücdən istifadənin qəbuledilməz olduğunu açıqlayıb.
Amerika Dövlət Departamentinin rəhbəri Antoni Blinken sözügedən hərbi əməliyyatların bölgədə ədalətli və qürurlu bir barışığın təmin edilməsi üçün gərəkli şərtlərin yaradılması ilə bağlı cəhdlərlə tərs gəldiyini fikirlərinə əlavə edib.
Tərcümə: Arzu