Amerikalı uşaqların gözü iləAZƏRBAYCAN

Amerikalı uşaqların gözü ilə

Amerikalı uşaqların Azərbaycana həsr etdiyi rəsm əsərlərinin sərgisi keçiriləcək

Gununsesi.info xəbər verir ki, uzun illərdir ABŞ-ın Nyu York şəhərində Azərbaycan mədəniyyətini təbliğ edən, “My Way Development Center” uşaqların inkişaf mərkəzinin rəhbəri, həmyerlimiz Alyona Bədəlovanın təşkilatçılığı ilə amerikalı uşaqların Azərbaycana həsr etdiyi rəsm əsərlərinin sərgisi keçiriləcək.  “Azərbaycan amerikalı uşaqların gözü ilə” adlı sərginin açılışı fevralın 16-da Bakıdakı “Xatai Art Center”-də olacaq.
Sərginin açılış mərasimində incəsənət xadimləri, ziyalılar, Diasporla İş üzrə Dövlət Komitəsinin və ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri iştirak edəcək.

Gülnaz Qənbərli
Gununsesi.info

COMMENTS