Amerikalılar İranın atom bombası ilə məhv edilməsinin tərəfdarıdır - SORĞUNUN NƏTİCƏLƏRİ

  • By admin
  • 09 Oktyabr 2017 12:08

abs-iran

Stanford Universitetinin siyasi elmlər üzrə professoru Skot Saqan  Harvard Universitetinin tərkibində fəaliyyət göstərən Con Kennedi İdarəetmə məktəbində seminarda çıxışı zamanı deyib ki, Amerikada keçirilən sorğnun nəticələrinə görə, amerikalılar İranın atom bombası ilə məhv edilməsinin tərəfdarıdır: “Sorğuda iştirak edənlərin 60%-i İran şəhərlərini bombalamağı müsbət cavablandırıblar”.

Gununsesi.info xəbər verir ki, bu barədə Harvard Crimson qəzeti yazır.

Mətbu orqanının yazdığına görə, əksər amerikalılar İran şəhərlərinin bombalanması və nəticədə milyonlarla insanın ölməsində qeyri-adi heç nə görmürlər. Amerikalı professor deyib ki, avqust ayında keçirilən sorğu belə bir dəhşətli nəticəni ortaya çıxarıb: “Xirosimo və Naqasakiyə atılan atom bombalarının acı nəticələrinə baxmayaraq, amerikalılar  yenə də belə bir dəhşətli silahdan istifadə edilməsinə elə də kəskin reaksiya verməyiblər. Belə ki, amerikalılar İran şəhərlərinin nüvə silahları  ilə bombalamasına etriaz etməyiblər. Əksinə sorğuda iştirak edənlərin əksəriyyəti bombalanmanın tərəfdarı çıxıb. Sorğu zamanı insanlardan 2 milyon insanın ölümü ilə nəticələnə biləcək atom silahından istifadə edilməsinə reaksiyası öyrənilib. Nəticədə sorğuda iştirak edən 60% amerikalını 2 milyon insanın ölümü elə də narahat etmir və bu, qeyri-adi hadisə hesab edilmir”.

Professor onu da əlavə edib ki, sorğuda iştirak edənlərin qarşısında “ABŞ və İran arasında mübahisənin iki yolla – diplomatik, yoxsa atom bombası tətbiq etməklə həllinə nail olmaq lazımdırmı” sualı qoyulub. “Sorğuda  iştirak edənlərin 40 faizi diplomatik yolla həllini dəstəkləsə də, digər 40 faizi yenə də atom bombası tətbiq etməklə həllini dəstələyib”- deyə, S.Saqan bildirib.

Gununsesi.info