Amerikalılar Müstəqillik Gününü qeyd edir - ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

 

Bu gün Amerika Birləşmiş Ştatları doğum gününü qeyd edir. Bu gün 1776-cı ildə 13 ingilis koloniyası nümayəndələrinin Böyük Britaniyadan ayrılması üçün İstiqlal Bəyannaməsini imzaladıqları gündür.

Bu, Amerikanın müstəqilliyi uğrunda yeddi illik müharibənin rəsmi başlanğıcı idi. Lakin münaqişənin ən əlamətdar hadisələrindən biri bir il əvvəl baş verdi – 1775-ci il aprel ayının 18-də Massaçusetsdə Britaniya ordusu ilə Amerikanın yarı-hərbi qüvvələri arasındakl ilk silahlı qarşıdurma oldu.

Həmin qarşıdurma zamanı atılan ilk atış `Dünyanın hər yerində eşidilən atəş` kimi tanındı. Ona görə ki, bu, amerikalıların o zaman dünyanın super gücündən ayırılmaq üçün uğurlu kampaniyasının nəticəsi və möhtəşəm dəyişikliklər idi.

İnqilabdan sonra maarifçiliyi səciyyələndirən liberal ideallar Amerika siyasi mədəniyyətinin rəsmi normasına çevrildi. Buraya Anglikan kilsəsinin süqutu, keçmiş koloniyalarda tez bir zamanda qəbul edilən fərdi azadlıq ideyası və irəliləmənin hüquqi yolunun ləyaqətlə təyin edilməsi anlayışı da daxil idi.

Ən əsası – hökumətlə idarə olunanlar arasında münasibətlər dəyişdi. İrsi hakimiyyət milli və dövlət idarəçilərinın seçilmə prinsipi ilə əvəz edildi. Sadə vətəndaşların yerli və dövlət idarəçiliyində getdikcə rolu çoxalır və səsvermə hüququ artdıqca, siyasi fəaliyyəti də artırdı.

Avropa bütün bunları qeyd edirdi. Monarxistlər yeni ölkənin uğursuz olacağını və bununla da Respublikaçılıq ideyasının dağılacağına ümid

Ən əsası – hökumətlə idarə olunanlar arasında münasibətlər dəyişdi. İrsi hakimiyyət milli və dövlət idarəçilərinın seçilmə prinsipi ilə əvəz edildi. Sadə vətəndaşların yerli və dövlət idarəçiliyində getdikcə rolu çoxalır və səsvermə hüququ artdıqca, siyasi fəaliyyəti də artırdı.

Avropa bütün bunları qeyd edirdi. Monarxistlər yeni ölkənin uğursuz olacağını və bununla da respublikaçılıq ideyasının dağılacağına ümid etdikləri bir vaxt, anti-monarxistlər repressiv hökumətlərin devrilməsinin və adi insanların idaəçilikdə iştirakını sübuta yetirdi.

Müstəqillik Bəyannaməsində Tomas Ceferson “Bütün insanlar bərabərdir” yazdı. Bu sözlər Hollandiya, Belçika, İrlandiya, Polşa və Haiti də olmaqla, dünyanın hər yerində demokratik və müstəqillik hərəkatlarına yol açdı.

Bu ifadə Fransa İnqilabının İnsan və Vətəndaşının Hüquqları Bəyannaməsində də yer aldı. 19-cu əsrdə Latın Amerikasında müstəmləkə güclərinə qarşı uğurlu qiyamlara yol açan Simon Bolivar kimi liderləri ilhamlandırdı.

İki yüz il əvvəl Amerika İnqilabının qəhrəmanlarından biri olan Marquis de Lafayet bunları deyib: “İnsanlıq qalib gəldi. İndi azadlığın bir ölkəsi var.”

Lakin Amerika İnqilabının nəticələri qlobal olduğu üçün bu gün də davam edir.