Amerikalıları apokalipsis qorxusu: Vətəndaş müharibəsi və təbii fəlakətlə bağlı narahatlıqlar artır

  • By admin
  • 05 Dekabr 2023 13:26

ABŞ-da aparılan sorğular göstərir ki, son illər ölkədə “qiyamət hazırlığı”na xərclənən pullar artmaqdadır və xüsusilə gənclər 2024-cü ildə keçiriləcək prezident seçkilərindən sonra vətəndaş müharibəsinin başlayacağından çox narahatdırlar.

Gununsesi.info xəbər verir ki, ABŞ-da aparılan yeni araşdırma, gənclərin əksəriyyətinin 2024-cü ildə ölkədə vətəndaş müharibəsi olacağına inandığını və “apokalipsisə hazırlaşdığını” ortaya qoyub.

Ölkədə gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik olsa da, Z nəsli kimi tanınan 1997-2009-cu il təvəllüdlü gənclərin əhəmiyyətli bir hissəsi seçkidən sonra ABŞ-ın vətəndaş müharibəsinə sürüklənəcəyini düşünür.

Yüzlərlə insanın iştirakı ilə Finder saytında aparılan araşdırmaya görə, Z nəsli ölkədə vətəndaş müharibəsi, sosial çöküş və ya təbii fəlakət ola biləcəyini düşünərək bu il fövqəladə tədbirlərə böyük məbləğdə pul xərcləyib.

ABŞ-lı yeniyetmələr təbii fəlakətə hazırlıq üçün çoxlu ərzaq və tualet kağızı saxladıqlarını bildiriblər. Bir çox gənc amerikalı da administrasiyanın sel və qasırğa kimi təbii fəlakətlərə reaksiya vermədiyini və öz hazırlıqlarını gördüklərini bildirib.

Sorğular göstərir ki, ABŞ-da baş verə biləcək fəlakətlərə xərclənən pul son illərdə sürətlə artıb. Bir çox insanlar dünya və ABŞ-ın tarixin ən pis dövrünü yaşadığını düşünür.

Xüsusilə 2020-ci il prezident seçkilərindən sonra Konqres basqını ölkədə vətəndaş müharibəsi qorxusuna səbəb olub. Son zamanlar ardıcıl təbii fəlakətlər amerikalılar arasında narahatlığı artırıb.

Təcili yardım dəstləri və sığınacaq materialları satan şirkətlər də son illərdə satışlarda partlayış olduğunu vurğulayırlar.

Tezliklə ölkədə bir fəlakət olacağını gözlədiyini deyən gənclərdən Brekke Vaqoner bildirib ki, “İqlim dəyişikliyi nəticəsində hava şəraiti getdikcə çətinləşəcək. Fövqəladə vəziyyət planımız olmalıdır”.

Gununsesi.info