Amerikan nazir Pompeo uyğur türkləri ilə bağlı türk futbolçu Özilə dəstək verdi – Foto

  • By admin
  • 18 Dekabr 2019 10:22

ABŞ Xarici İşlər naziri Mayk Pompeo “Arsenal”da oynayan türkiyəli futbolçu Məsud Özilin uyğur türkləri ilə bağlı Çinə qarşı reaksiyasına dəstək olub.

Gununsesi.org xəbər verir ki, Pompeo özünün Tvitter hesabında yazıb:

“Çin Kommunist Partiyasının təbliğat qurumları Məsud Özilə və “Arsenal”a bütün mövsüm boyu senzura qoya bilər, ancaq gerçək üstün gələr. ÇKP uyğurlara və digər dini azlıqlara yönəlmiş ağır insan haqları pozuntusunu gizlədə bilməz”.

Bildirək ki, Özil Çinin Şərqi Türküstandakı insanların zorakılığa məruz qalmasına sərt reaksiya göstərmiş və buna səssiz qalan müsəlman dünyasını qınamışdı. Çinin Mərkəzi Televiziyası da (CCTV) Özülin bu paylaşımına cavab olaraq “Arsenal”-“Manchester City” matçını yayımlamamışdı.

 

 

 

Gununsesi.org