Amerikan rəsmisi Kerbi ilə türk jurnalist arasında maraqlı dialoq dünyanın gündəmində /  VİDEO

  • By admin
  • 10 Fevral 2023 18:31

Amerikanın Milli Təhlükəsizlik Sözcüsü ilə türk jurnalist arasında yaşanan dialoq dünyanın gündəminə oturub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə yaşanan dəhşətli zəlzələdən sonra Ağ Evdəki mətbuat toplantısı zamanı sualların cavablayan Milli Təhlükəsizlik Sözcüsü Con Kerbinin türk jurnalistə verdiyi cavab böyük marağa səbəb olub.

Sualları alarkən say üstünlüyünü türk jurnalistlərə verən Kerbi jurnalistdən dostlarının və ailəsinin durumunu soruşub. “Ailəniz və dostlarınız necədir, yaxşıdırlarmı?, – deyə o soruşub.

Türkiyəli jurnalist isə ona “Ailəm yaxşıdır. Ancaq orada milyonlarla insan vardı. Başqa dostlarım vardı. Çox yaxşıdırlar, ancaq “yaxşıyıq demək belə, çox çətindir”, – deyə cavablayıb.

Bu arada, zəlzələnin ilk anından etibarən Amerika Prezidenti Co Baydenin hər cür dəstəyi verməyə hazır olduğunu söyləyən Kerbi “Düşüncələrimiz yaxınlarını itirən zərərçəkənlərlə birlikdədir. Bunu Prezident Ərdoğana da söylədim. İlk zəlzələ olar-olmaz, zəng etdim. Xilasetmə heyətimizin hazır olduğunu bildirdim.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info