Amerikan Təmsilçilər Məclisində yeni xaos: Cümhuriyyətçilər yeni prezidenti seçə bilmədi – 100 ildə görülməmiş olay

  • By admin
  • 04 Yanvar 2023 15:25

Amerikada 100 ildə görülməmiş bir olay yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Təmsilçilər Məclisində dünən keçirilən səsvermədə bu quruma başçı seçə bilməyiblər. Cümhuriyyətçi Partiyanın çoxusunun dəstəklədiyi Kevin Mak Karti dünən keçirilən səsvermə zamanı yetərli səsi qazana bilməyib.

Bəs, bundan sonra nə olacaq?

Noyabr ayındakı seçkilərin ardından Təmsilçilər Məclisində say çoxluğunu ələ alan Cümhuriyyəçilərirn işinin bu qədər çətin olacağını kimsə gözləmirdi. Fəqət Karti öz partiyası içində yüksələn bir etirazla qarşılaşdı. İlk turda seçilməyərək tarixə keçdi. 1923-cü ildən bəri Təmsilçilər Məclisi ilk iş gününü ilk dəfə başçısız tamamlayıb.

Kaliforniyalı siyasətçi üst-üstə keçirilən səsvermədə yetərli səsləri qazana bilməyib.

Sabah təkrar keçiriləcək səsvermə zamanı mələr yaşanacağını təxmin etmək çətindir. Ancaq bilinən bir şey var ki, o da Təmsilçilər Məclisinin başçısız işləyə bilməməsidir. Başçı seçilənədək ediləcək tək bir iş qalır – Yenidən səsvermə.

Kevin Mak Karti bir şəkildə yetərli səsi alsa belə, qarşımızdakı iki il boyunca Cümhuriyyətçi Partiyanın mərkəz və sağ qanadları arasında bir gərginlik yaşanacağı açıqca görünür.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info