Amerikanı bir şizofirenik prezident dağıda bilməz - Hikmət Hacızadə

  • By admin
  • 10 Noyabr 2016 13:44
Donald Trump
Amerikanı bir şizofirenik prezident dağıda bilməz.
Bu fikri Gununsesi.info-ya açıqlamasında politoloq,  sabiq  səfir Hikmət Hacızadə deyib.
Onun sözlərinə görə, Donald Tramp biznesmendir və o baxımdan prezident seçilmək, sesçiciləri ələ almaq üçün seçiciyə istənilən yalanı danışa bilər. “Artıq prezident seçilib və indi tamamilə başqa söz deyir. CNN-ə müsahibə verən Tramp seçki öncəsi səsləndirdiyi bəyantların tam əksinə olan fikirlər səsləndirib. Orada Krımı ruslardan alıb Ukraynaya qaytaracağını, Ukrayna problemini həll edəcəyini,  Yaxın Şərqdə İŞİD terrorçu təşkilatının kökünü  kəsəcəyini bəyan edib. Rusiyaya qarşı sanksiyaları  daha kəskin formada davam etdirəcəyini, Rusiya neft şirkətlərinə  və bank sektoruna qarşı sanksiyaları genişləndirərək Şimali Koreya kimi izolyasiya edəcəyini vurğulayıb.Bundan əlavə olaraq Tramp müsəlmanları Amerikaya buraxmayacağı ilə bəyanatlar səsləndirirdisə, artıq seçkidən sonra rəsmi saytında prezident olacağı dövrdə  həyata keçirəcəyi proqramda müsəlmanlara qarşı sərt qərarlar tərtib edəcəyi ilə bağlı  bölmə bütövlükdə oradan  götürülüb. Yəni, Tramp bununla demək istəyir ki, prezident seçilmişəm, başqa cür olacaq”- deyə, H. Hacızadə bildirib.
Mürtəza
Gununsesi.info