Amerikanın ən varlı qadınları sərvətlərini necə qazanıb?

  • By admin
  • 05 İyun 2019 20:52

5 min dollarlıq sərmayə ilə yola çıxanların milyarderlik hekayəsi… 

Forbes jurnalı Amerikada öz cəhdləri ilə ən çox sərvətə qovuşan qadınların siyahısını açıqlayıb. Gununsesi.org BBC Türkcəyə istinadən yazır ki, siyahıda yer alan qadınlar öz şirkətlərini quraraq dünyanın ən varlı qadınları arasına girib. Bu qadınların bəzilərini və sərvətlərini necə qazandıqlarını nəzərinizə çatdırırıq.

Makiyaj sektorunun varlıları

Varlı olmaq istəyirsinizsə, makiyak markası yaratmaq təsirli bir yol ola bilər. Siyahıdakı 80 milyoner və milyarderin 10-u makiyaj və dəriyə qulluq sektorlarında təmsil olunurlar.

Forbes siyahısında yer alan ən gənc məşhur Kayl Cenner olsa da, ən varlı makiyaj ticarətçisi Rumıniyada dünyaya gələn Anastasiya Soaredir. Bu iş qadını Anastasia Beverly Hills kosmetika markasının sahibidir. 1989-cu ildə Los Ancelesə köçən Soare, 2000-ci ildə bazara qaş məhsulları çıxardı.

Kylie Jenner

Forbes’ə görə, kosmetika şirkətinin bugünkü dəyəri 1.2 milyard dollardır. Bu Kayl Cennerin Kayl Cosmetics, Kim Kardaşyan Vest’in KKW Beauty və müğənni Rihannanın Fenty Beauty markalarından daha dəyərlidir.

Siyahıda Huda Kattan da yer alır. İraqlı bir ailənin qızı olan Kattan finan sektoundakı işini ataraq vizajist olub. 2013-cü ildə Huda Beauty markasını qurmuşdu. Forbes’ə görə, şirkətinin bugünkü dəyəri 610 milyon dollardır.

Huda Kattan

Keçən il BBC-yə danışan Huda “Mənim motivasiyam pul deyil. Mən bir məqsəd üçün buradayam. Çox pul qazanmaq üçün yox” demişdi.
Digər milyonerlər arasında şirkətləri L’Oreal tərəfindən satın alınan iki qadın da var.
Toni Ko 2014-cü ildə NYX Cosmetics markasını 500 milyon dollar civarında olduğu təxmin edilən bir anlaşma ilə satmışdı. Eks xəbər aparıcısı olan Ceym Kern Lima isə It Cosmetics markasını L’Oreal’a satmışdı.

Ən varlı qadın atlet

Tennis idmançısı Serena Vilyams siyahıda yer alan yeganə qadın idmançısıdır. Forbes, Villiamsın siyahıya girişini belə açıqlayır: “Ən azı 10 milyon dollar dəyərindəki Serena Ventures investisiya şirkətindən istifadə edərək, beş il boyunca yeni qurulan 34 şirkətə investisiya qoydu. 2018-ci ildə öz pulu ilə birbaşa müştərilərə satış edən S by Serena geyim markasını qurdu.

Serena Williams

10-dan artıq qurumsal partneri var və tennis karyerası boyunca qazandığı 89 milyon dollar ona ən yaxın qadın atletin qazandığı pulun iki dəfə artığı qədərdir.
Moda varlıları

Varlıların bir qismi də sərvətlərini moda sektoru sayəsində yaratdı. Vera Vang ve Donna Karan kimi moda ustalarının adını eşitmisiz çox güman ki. Amma eynisini Doris Fisher və ya Jin Sook Chang barədə də deyə bilərsinizmi?

87 yaşındakı Doris Fisher 1969-cu ildə həyat yoldaşı ilə birlikdə əyinlərinə yaxşı gələn cins şalvarlar tapmaqda çətinlik çəkdiklərini fərq edəndən sonra Gap markasını qurdu.
Şirkət bu gün 2 milyard dollar dəyərindədir.

Jin Sook Çanq isə Forever 21 mağaza zəncirinin qurucusudur. Bu gün dünya miqyasında yüzlərlə mağazada minlərlə işçisi var.

Forever 21

Siyahıda yer alan qadınlar arasında ən maraqlı hekayələrdən biri isə bədən şəkilləndirici alt paltarları satan Spanx şirkətinin yaradıcısı Sara Blakelidir. Blakeli bu işə girmədən əvvəl qapı-qapı gəzərək, faks maşını satırdı. Yançaqlarının formasından məmnun olmadığına görə qurduğu şirkətin sərmayəsi 5 min dollardı. O, BBC-yə müsahibəsində belə deyib: “Ağ şalvar geyindiyim zaman yançaqlarımın forması xoşuma gəlmirdi. Bir çox qadın kimi bəzi geyimlərin altına nə geynəcəyimə də qərar verə bilmirdim. Buna görə də qadınların ehtiyacını təmin edəcək bir alt paltarı yaratmağa qərar verdim”.
Forbes siyahısında 23-cü sırada yer alan Blakelinin bu gün 1 milyard dollarlıq sərvəti var.

TV və musiqi

Siyahıda televiziya və musiqi sektorundan qadınlar da var.

Beyonce

Onların arasında TV aparıcıları Oprah Vinfrey və Ellen DeGeneres də 2,6 milyard və 330 milyon dollarlıq sərvətləri ilə yer alır.
Judge Judy və Hot Bench adlı TV proqramları hazırlayan Cudi Sheindlin də onlardan biridir.

Forbes, Sheindlinin 2012-ci ildən bu yana hər il vergi öncəsi 47 milyon dollar pul qazandığını qeyd edir. 23 ildir davam edən Judge Judy isə ABŞ-da gündüz qurşağında ən çox izlənən TV verilişidir.

Musiqi dünyasından Madonna, Taylor Svift, Barbra Steisand və Selin Dion da siyahıdadır.

Beyonsun sərvəti isə 400 milyon dollar olaraq hesablanır.