Amerikanın başına 5 milyon mükafat qoyduğu “Əl-Qaidə” lideri öldürüldü

  • By admin
  • 11 Mart 2024 14:14

“Əl-Qaidə” terror təşkilatının Yəmən qolunun lideri Xalid Batarfinin öldürüldüyü bildirilir.

Gununsesi.info xəbər verir ki, təşkilatın yaydığı qısa açıqlamada Batarfinin öldüyü təsdiqlənsə də, ölüm səbəbi ilə bağlı heç bir təfərrüat verilməyib.

ABŞ hökuməti tərəfindən başına 5 milyon dollar mükafat qoyulan Batarfi Ərəbistan yarımadasındakı (AQAP) “Əl-Qaidə”nin  lideri idi.

İllərlə qaldığı həbsxanadan qaçmağı bacaran Batarfi Yəməndəki vətəndaş müharibəsinə baxmayaraq dolayısı ilə ölkənin idarə olunmasında fəal rol alıb.

AQAP həm Amerikanın pilotsuz uçuş aparatının (PUA) hücumları, həm də Yəməndəki vətəndaş müharibəsi səbəbindən nisbətən zəifləsə də, Usamə bin Ladenin ölümündən sonra hələ də aktiv olan qrupun “ən təhlükəli qolu” hesab olunurdu.

Əl-Qaidə Batarfinin ağ kəfənə və qara-ağ “Əl-Qaidə” bayrağına bükülmüş videosunu yayımlayıb.

Yaraqlılar əl-Batarfinin ölüm səbəbi ilə bağlı heç bir təfərrüat verməsələr də, onun üzündə heç bir açıq-aşkar güllə izləri görünməyib.

Batarfinin 40 yaşında olduğu güman edilir.