Amerikanın Dövlət katibi “Taliban” qruplaşmasının köməkçisi ilə görüşdü

  • By arzu
  • 24 Mart 2020 13:28

Ameriknın Dövlət katibi Mayk Pompeo “Taliban” qruplaşmasının rəhbərinin köməkçisi ilə görüşüb.

Gununsesi.org-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş Dohada (Qətər) keçirilib. “Taliban”ın Qətərdəki nümayəndəliyinin sözçüsü Suheyl Şahin bildirib ki, tərəflər ABŞ-“Taliban” sülh razılaşmasının daha effektiv həyata keçirilməsi yollarını və Əfqanıstanda məhbusların mübadiləsini müzakirə ediblər.

“Əfqanıstanda danışıqlar gedir, əfqanlar ölkədaxili razılaşma barədə gələcək siyasi sistem, davamlı sülh və atəşkəsin əldə olunması ilə bağlı müzakirə aparır. ABŞ Dövlət katibi əmin etdi ki, ABŞ ordusu razılaşmadakı müddətə öz qüvvələrini Əfqanıstandan geri çəkəcək”, – deyə “Taliban”ın sözçüsü bildirib.

Gununsesi.org