Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiya qüvvəyə mindi

  • By admin
  • 29 Noyabr 2017 16:24
Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi  yeni iqtisadi sanksiya paketi qüvvəyə minib.
Gununsesi.info “rosbalt”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatlarda bildirilir ki, 29 sentyabr 2017-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən sanksiya sənədində Rusiyanın enerji və maliyyə sahələri öz əksini tapıb. ABŞ-ın qəbul etdiyi yeni qara siyahıya 278 hüquqi şəxs daxil edilib. Yeni sənədə əsasən Amerika vətəndaşlarına sanksiya altında olan Rusiya şirkətlərinə kredit verməsi, bank əməliyyatlarının aparılması və digər əməliyatların aparılması qadağan edilir. Bununla belə həyata keçirilən kredit müddətinin vaxtı yarıbayarı azaldılır.
Sənədə əsasən Rusiyaya Arktikada nefta hasil etmək və kəşfiyyatının aparılması, slans yataqalarının araşdırılması ilə bağlı yeni avadanlıq və texnologiyaların  verilməsi və xidmətlərin göstərilməsi də qadağan olunur.
ABŞ hakimiyyəti  2018-ci ilin fevralınadək Rusiyaya qarşı sanksiyaların əhatə dairəsinin daha da genişləndirilməyi planlaşdırır. Xüsusən də dövlət borcu ilə bağlı sanksiyaların sərtləşdirilməsi nəzərdə tutulur.
Ağ Ev administrasiyası Kremllə sıx əlaqəsi olan rusiyalı milyarderlər və onların aktivləri ilə bağlı hesabat hazırlamağı müvafiq qurumlara tapşırıb.

Gununsesi.info