Amerikanın yemək mədəniyyətinə təsir göstərən 10 restoran - ARAŞDIRMA

  • By admin
  • 23 Fevral 2021 23:17

 

“Delmonico’s” – Amerikanın ilk və ən çox təsiri olan restoranıdır. Bunu Yale Universitetinin tarix professoru Pol Fridman deyir.

“O, 19-cu əsr Birləşmiş Ştatlarında ‘zərif’ yeməyin nə olduğunu müəyyənləşdirib və müəyyən mənada bu gün yeyilən yeməklərə təsir edib,” Fridman bildirir.

1830-cu ildə təsis olunan “Delmonico’s” Nyuberq omarını və bişmiş Alyaskanı kəşf edib və indi də Nyu York şəhərindəki restoranda müştərilərə bu və digər yeməkləri təklif etməyə davam edir.

“Amerikanın ilk həqiqi uğurlu restoranı sözsüz ki, “Delmonico’s”dur, çünki o həm ilk həm də ən davamlı restorandır,” Fridman deyir. “Restoran 1830-cu illərdə açılıb, amma 1890-cı illərdə hələ də ABŞ-ın ən yaxşı restoranı hesab olunurdu. Başqa yerlərdəki bir çox restoranlar özlərini, məsələn İndianapolisin “Delmonico’s”u adlandırırdılar və bu ifadə qısaca “nəfis” mənası verməyə başladı.”

Nyu Yorkda yerləşən Delmonico's restoranı
Nyu Yorkda yerləşən Delmonico’s restoranı

“Amerikanı Dəyişən On Restoran” adlı kitabında Fridman amerikalıların yeməklərinə böyük təsirləri olan doqquz başqa restoranı da sadalayır.

Yale Universitetinin Professoru Pol Fridman
Yale Universitetinin Professoru Pol Fridman

“Mən onları həm restoran olaraq ləzzətləri, həm də Amerika tarixindəki rollarına görə seçmişəm, çünki restoranlar barədə etnik mənsubiyyət, immiqrasiya, müxtəliflik və fərqli sosial mühitlər haqda danışmadan danışmaq mümkün deyil… Yəni məqsəd bir sıra yeməklərin tarixi haqda deyil, bu restoranlar vasitəsilə Amerika cəmiyyətinin tarixi haqda danışmaqdır.”

Siyahıdakı bir digər restoran bir zamanlar Amerika yollarını bəzəyən narıncı damlı Howard Johnson’s restoranıdır.

“O, yol kənarı restoran idi. O, restoranlar zənciri idi. Bu restoran françayzinqi başladan ilk restoran idi ki, restoranı idarə edən insana bir hissə verilirdi,” Fridman deyir. “O həmçinin loqolardan ilk istifadə edən ilk restoran idi. Restoranın qurucusu Hovard Dirinq Conson restoranlarını stratejik olaraq elə yollarda açırdı ki, maşını saatda 95 kilometr sürətlə idarə edən sürücülər onu vaxtında görüb, təhlükəsiz şəkildə maşını kənara çəkə və restorana daxil ola bilərdilər. Bunun üçün restoranın böyük və dərhal tanına biləcək xüsusiyyətləri olmalı idi,” Fridman əlavə edir.

Howard Johnson’s McDonald’s və digər fest-fud restoranlarının rəqabətinə tab gətirmədi, amma müştərilərə hansı françayzı ziyarət etdiklərindən asılı olmayaraq eyni dadda yemək yeyəcəklərinə dair zəmanət verən ilk restoranlar zənciri olaraq bir irs buraxdı.

Howard Johnson's restoranı
Howard Johnson’s restoranı

Bundan əlavə siyahıda 1961-ci ildə San Fransiskoda Sesilia Çanqın açdığı çin restoranı Mandarin də yer alır.

“Sesilia Çanq yüksək keyfiyytəli çin yeməyini icad etməmişdi, amma o bu yeməyi uğurlu şəkildə pərakəndə satan ilk insan idi,” Fridman bildirir.

Harlemdə Sylvia's restoranının işçiləri
Harlemdə Sylvia’s restoranının işçiləri

Fridmanın siyahıya daxil etdiyi və qadınlar tərəfindən idarə olunan restoranlardan biri də Harlemdə yerləşən Sylvia’s restroanıdır. Cənubi Kaliforniyada dünyaya gələn Silvia Vuds Nyu Yorka cənub mətbəxini və icma üzvlərinin bir araya gəldiyi məhəllə restoranı məfhumu gətirmişdi.

Nyu Yorkda yerləşən bir digər restoran Amerika xalqına İtaliya mətbəxini təqdim etməyə yardım edən Mamma Leone’s idi. Luisa restoranını 1906-cı ildə açıb, daha sonra isə italiyalı amerikalılardan başqa müştəriləri cəlb etməyə nail oldu və beləcə başqa immiqrant biznes sahiblərinə izləyə biləcəkləri bir model yaratdı.

Alis Volters 1971-ci ildə Kaliforniyanın Berkli şəhərində Chez Panise restoranını açıb. O, Amerika mətbəxində bu günədək davam edəm yerli və mövsumi inqredientlərdən istifadə trendini başlatmışdı.

Mamma Leone's restoranının menyusu
Mamma Leone’s restoranının menyusu

Fridmanın siyahısındakı digər restoranlara Nyu Yorkda 1959-cu ildə açılan və o dövrdə həmin ərazidə Fransa yeməklərinin dominant olduğu zaman Amerika mətbəxini təqdim edən The Four Seasons, Nyu Yorkdakı Le Pavillon, Nyu Orleansdakı Antoine’s və Bostondakı Schrafft’s daxildir.

Nyu Orleans-da Antoine's restoranı
Nyu Orleans-da Antoine’s restoranı

Fridmanın seçdiyi restoranların çoxu ya ABŞ-ın şərq ya da qərb sahilində yerləşir.

“Məncə bunun bir səbəbi Nyu York və San Fransiskonun liman olmalarıdır. Ona görə də onlar immiqrantların restoran açdıqları və dəb dünyasının liderləri olan şəhərlər idi. Yəni bu yerlərin hamısı sahildə, o cümlədən Nyu Orleansda yerləşir. Bunlar immiqrantların gəldiyi poliqlot yerlərdir,” Fridman deyir.

Fridmanın siyahısındakı restoranların altısı hələ də açıqdır, ya da açılmağı planlaşdırılır, məsələn Four Seasons. Digərləri isə bağlanıb, onların amerikalıların yeməklərinə təsiri isə qalıb.