Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb.
Gununsesi.org xəbər verir ki, həmin görüntülərin müəllifi Əməkdar artist Rəşad İlyasovdur.
Sənətçi sosial şəbəkə hesabında Xanlarovanın AzTV-nin Yeni il çəkilişində iştirak etdiyini bildirib.
Z.Xanlarova sevənləri ilə görüşünü bu cür şərh edib:
“Mənə olan sevgilərindən soyadlarını dəyişib Xanlarova ediblər. Bu sevgi üçün yaşayıram. Mən beş-altı insan üçün yaşamıram”.
Həmin görüntülərdə yer alan Rəşad İlyasov Zeynəb Xanlarova ilə görüşdüyü üçün müğənninin sevincinin həmin an həddi-hüdudu olmayıb.
Qeyd edək ki, mətbuatda Xalq artisti Zeynəb Xanlarovanın ABŞ-a köçdüyü, orada xeyriyyə fondu yaratdığı xəbərləri yayılıb.