AMİP Dünya Azərbaycanlılarını təbrik etdi

  • By admin
  • 30 Dekabr 2016 16:48

amip

“Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bütün dünya dövlətlərində  yaşayan həmvətənlərimizi qarşıdan gələn Yeni, 2017-ci il və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edir. Harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımız bizim üçün əzizdir. Onların problemləri problemimiz, uğurları isə uğurlarımızdır. Yola saldığımız 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 25 illiyinı qeyd etdik. Bu gün yaşadığımız Müstəqil Azərbaycan Dövləti ayrı-ayrılıqda hər bir azərbaycanlının azadlıq  mücadiləsinin uğurlu nəticəsidir”.

Gununsesi.info xəbər verir ki, bu fikirlər AMİP-in yaydığı təbrikdə öz əksini tapıb.

Qeyd olunub ki, dövlətimizlə qürur duymaq və gələcək nəsillərə sağlam və güclü Azərbaycan əmanət etmək ən böyük amalımızdır.

“Bununla yanaşı qarşıdan gələn 2017-ci ildə mövcud iqtisadi və siyasi  problemlərin aradan qaldırılması da hər birimizin  qarşısında duran vəzifə olmalıdır. Ən başlıcası isə Qarabağ düyününün açılmasına və işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail olmaq harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ümdə vəzifəsidir. AMİP ümüd edir ki, xaıqımızın birliyi və  vətənpərvərliyi bu yolda bizi daha da güclü edəcək.

Əziz soydaşlarımız! Sizi bir daha qarşıdan gələn bayram münasibəti ilə səmimi qəlbdən təbrik edir,  uca xalqımıza səadət, xoşbəxtlik və uğurlar arzulayırıq”-deyə, daha sonra qeyd olunur.

Gununsesi.info