Amnesty International Avropa Birliyini İrandakı siyasi məhbuslara azadlıq istəməyə çağırır

  • By admin
  • 04 Avqust 2017 13:36

 

images-cms-image-000031535

Amnesty International Avropa Birliyini İrandakı siyasi məhbuslara azadlıq istəməyə çağırır.

Gununsesi.info-nun xəbərinə görə, təşkilat bununla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Amnesty International Avropa Birliyini İranda hüquq müdafiə hərəkatının fəallarının dərhal azadlığa buraxılmasına nail olmağa çağırıb.

Amnesty International bildirib ki,  Avropa Birliyinin xarici siyasət komissarı Federica Mogherini Tehrana gözlənilən səfəri zamanı İran hökumətindən siyasi məhbusları dərhal azadlığa buraxmasını tələb etməlidir:

“O, həmçinin başda İranda insan hüquqları müdafiəsi mərkəzinin rəhbəri olmuş Narges Mohammadi olmaqla siyasi məhbuslarla görüşməlidir”.

Amnesty International-ın avqustun 2-də dərc olunmuş hesabatında İranda insan haqları uğrunda mübarizə aparanlara qarşı açılmış 45 cinayət işi halından danışılır. Bildirilir ki, onların əksəriyyəti artıq uzun müddətli azadlıqdan məhrum olunma cəzası alıb.

Avropa Birliyinin xarici siyasət komissarı Federica Mogherini isə Tehrana avqustun 5-də İran prezidenti Hassan Rouhaninin andiçmə mərasimində iştirak etmək üçün gedəcək.

Gülnaz Qənbərli

Gununsesi.info