
Dünyanın nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatı olan “Amnesty İnternational” İranda hökumət etirazçılarına qarşı ölümlərlə nəticələnən kütləvi zorakılığa görə həyəcan təbili çalır.
Gununsesi.info-nun beynəlxalq təşkilatın saytına istinadən verdiyi xəbər görə, İran rejimi son 2 aya yaxın müddət ərzində 100-dən artıq insanı öldürüb.
“Onların əksəriyyəti gənclərdir”-deyə bəyanatda bildirilir. “Amnesty İnternational” dünya birliyini İrana qarşı mübarizəni gücləndirməyə çağırıb.