“Amnesty International” Türkiyə iqtidarını işgəncələrdə günahlandırdı - 15 iyula görə

  • By admin
  • 25 İyul 2016 11:28

internesnl

 

“Amnesty International” hüquq-müdafiə təşkilatı bildirir ki, Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra saxlanan yüzlərlə adama işgəncə verilib.

Təşkilatın iyulun 24-də yaydığı açıqlamaya görə, rəsmi və qeyri-rəsmi saxlanma mərkəzində saxlananlar “döyülüb, işgəncəyə məruz qalıblar”.

Çevriliş cəhdindən sonra 13 mindən çox insan saxlanıb. Onlardan 6 mini rəsmən həbs olunub.

Londonda mənzillənən “Amnesty International” həkimlər, vəkillər və saxlanma mərkəzinin rəsmisiylə müsahibələrə əsasən bildirir ki, saxlananlar kobud pozuntulara məruz qalıblar.

Türkiyə rəsmisi isə “Frans Press” agentliyinə müsahibəsində qurumun iddialarını rədd edib, ölkədə insan haqlarının pozulmadığını bildirib.

Gununsesi.info