“”Amnesty İnternational” və “Human Rights Watch” -un Ermənistan hərbi birləşmələrinin Bərdəyə qadağan olunmuş raketlərlə zərbə endirməsinə dair açıqlamaları müsbət addımdır. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti adıçəkilən təşkilatlarla yanaşı, dünyanın nüfuzlu insan haqları qurumları ilə əməkdaşlıqda maraqlı olmalıdır”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli deyib.
Pərviz Həşimli bildirib ki, bu qurumlar Azərbaycanda insan haqlarını tənqid etdiklərinə görə, ölkəmizdə arzuolunmaz təşkilatlar sayılırdı: “Ancaq bu gün ümummilli məsələlərimizə yanaşmada o təşkilatların mövqeyinin nə dərəcdə əhəmiyyətli olduğunu gördük. Azərbaycan hökuməti “Amnesty İnternational” və “Human Rights Watch”-u ölkəyə dəvət etməklə ağıllı addım atmış oldu. Hesab edirəm ki, bu təşkilatlarla əməkdaşlıq bizə fayda verə bilər. Adıçəkilən hər iki təşkilat dünyada böyük nüfuz sahibidir. ABŞ və Avropa ölkələri digər dövlətlərlə münasibətlərində bu təşkilatların hesabatlarına nəzər yetirir”.
Gununsesi.info