“Amnesty İnternational” insan haqları təşkilatının baş katibi Anis Kallamard beynəlxalq ictimaiyyəti blokadada olan Qəzza zolağında soyqırımın qarşısını almaq üçün səy göstərməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Anis Kallamard İsrailin anklavın cənubundakı Rəfah şəhərində mümkün əməliyyatı ilə bağlı beynəlxalq ictimaiyyətə müvafiq müraciət edib.
“Evakuasiya? Ancaq harada? Daha gedəcək yer yoxdur”, – hüquq müdafiəçisi X sosial şəbəkədə yazıb.
Kallamard bir daha vurğulayıb ki, Qəzza zolağındakı fələstinlilər “ciddi soyqırım təhlükəsi altındadır”.
“Beynəlxalq ictimaiyyət soyqırımın qarşısını almaq üçün tədbirlər görməyə borcludur”, – o vurğulayıb.
İnsan haqları təşkilatı rəhbəri bildirib ki, İsrailin Rəfahda həyata keçirəcəyi mümkün əməliyyat 1 milyondan çox insan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər ki, onların da əksəriyyəti didərgin düşüb.
“Güclü bombardman altında olan Rəfahda quru əməliyyatı Qəzza zolağında real və qaçılmaz soyqırım riski altında olan əhaliyə istənilən yardımı təmin edən bütün humanitar reaksiya sisteminə də fəlakətli təsir göstərəcək”, baş katib bildirib.
Gununsesi.info