Amnistiya ilk dəfə ağır cinayət törədənlərə də  ŞAMİL EDİLƏCƏK

  • By admin
  • 11 Noyabr 2021 12:01

“Amnitsiya aktının icrası 4 ay müddətinə başa çatdırılacaq. “Zəfər münasibəti ilə imzalanan amnitsiya aktının fərqi ondan ibarətdir ki, qanun qüvvəyə minməmiş hökmlərə və istintaq mərhələsində olan işlərə aid ediləcək”.

 

Gununsesi.info xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

 

O bildirib ki, amnitsiya aktının icrası 4 ay müddətində icraçı orqanlar tərəfindən başa çatdırılacaq:

 

“Amnitsiya aktına əsasən ilk dəfə ağır cinayət törədilməsinə görə 6 aya qədər cəzası qalan şəxslərə də şamil olunacaq”.

Gununsesi.info