Amsterdamda daha bir bombalı məktub partlayıb

  • By admin
  • 13 Fevral 2020 19:20

Amsterdamda növbəti dəfə bombalı məktub partlayıb.

Gununsesi.org “Reuters”ə istinadən xəbər verir ki, “İNGBank”ın şəhər ofisində baş verən kiçik partlayışda zərərçəkən olmayıb.

Polisin məlumatına görə, hadisə yerində bir nəfər tüstünü tənəffüs etdiyinə görə ehtiyat tədbiri olaraq tibbi təcili yardım göndərilib.

Xatırladaq ki, dünən səhər saatlarında Amsterdamda bir ofisdə, habelə Kerkrade şəhərində poçt bölməsində də məktublar partlayıb.

Qeyd edək ki, dekabrı ayının sonu – yanvarın əvvəllərində də Amsterdam, Rotterdam, Utrext, Maastrixt şəhərlərində yerləşən müxtəlif iş yerlərində 7 məktub partlayıb.

 

Gununsesi.org