
Azərbaycan Ukraynanın “Antonov” korporasiyasından aldığı “An-178” tipli iki təyyarə üçün avans ödəyib.
Gununsesi.info “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini, regiomların inkişafı və tikinti naziri Gennadi Zubko deyib. Onun sözlərinə görə, Azərbaycanla 10 təyyarınin alınması barədə müqavilə imzalanıb. “Həmçinin, iyun ayında iki təyyarənin göndərilməsi ilə bağlı avans da ödənilib. Biz Azərbaycan tərəfinə minnətdarıq ki, çəkinmədən qabaqcadan təyyarələrin alınması üçün maliyyə köçürüb” – deyə, G. Zubko qeyd edib. Baş nazirin müavini onu da əlavə edib ki, keçən həftə Azərbaycanla aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılığa gəlinib: “Bu razlığa əsasən Azərbaycan ərazisində An-178 təyyarəsinin yğılması nəzərdə tutulur. Ona görə də əməkdaşlıq çərçivəsində “Antonov” şirkəti Azərbaycan tərəfinə əməkdaşlığın konturları ilə bağlı təşkilatın sturktur planlarını, proqramını, tikinti və fəaliyyət istiqamətlərini təqdim etməlidir”.
Azərbaycanla “Antonov” şirkəti arasında “An-178” təyyarəsinin alınması barədə saziş 2015-ci ilin maynda imzalanıb.
Qeyd edək ki, “An-178” hərbi yük təyyarəsidir. Hava gəmisi 18 tona qədər yük daşımaq qabiliyyətinə malikdir.
Gununsesi.info