
Türkiyənin Ərzurum şəhərində kəsilən qoyunun qarnından sağ çıxarılan quzunun “ana” deyə bağırması hər kəsi şoka salıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 günlük quzu görməyə gələnlərin sayı isə durmadan artır.
Belə ki, Ərzurumun Yakutiyə mahalında kababçılıqla məşğul olan Mücahid Akyıldırım xəstəlik səbəbiylə ölməkdə olan qoyunu kəsdiyini bildirib.
“Qoyunu kəsdikdən sonra dərisini soymağa başladım. Bu an qoyunun qarnının tərpəndiyini və qarnında quzunu görəndən sonra şok oldum. Ölməkdə olan quzunu dərhal sobanın yanına gətirdim. Bir müddətdən sonra özünə gələn quzu “ana” deyə bağırmağa başladı” – deyə, M. Akyıldırım sözlərinə əlavə edib.
Anar
Gununsesi.info
https://www.youtube.com/watch?v=30gamcapY6I