Ana dilimiz dünya dilləri sırasında ən möhtəşəmidir - ZƏKİYYƏ MUSAYEVA (FOTOLAR)

  • By admin
  • 21 Fevral 2017 16:02
ZEKİYE
“Beynəlxalq ana dili günü” ilə əlaqədar olara  YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının təşəbbüsü ilə tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, “Beynəlxalq ana dili günü”nə həsr olunmuş rayon məktəbliləri arasında bilik olimpiadası keçirilib. Olimpiadanın yekunlarına həsr olunmuş tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Zəkiyyə Musayeva bildirib ki, 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. “Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Dünyanın ana dili uğrunda belə qətiyyətlə mübarizəyə qalxması çox mühüm əhəmiyyət kəsb edir. Bir daha təsdiqlənir ki, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Dil insanın mənəvi aləminin əks-sədasıdır. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətdir. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil mövcuddur. Doğma ana lisanımız olan Azərbaycan dili isə bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir”- deyə, Z. Musayeva bildirib.
Z.Musayeva onu da əlavə edib ki, Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs Ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
YAP Suraxanı rayon təşkilatının Aparat rəhbəri Fərman Rəsulov isə bildirib ki, 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır: “Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur”.
Tədbirdə həmçinin rayon məktəblərinin  9-10 sinif şagirdləri, dil-ədəbiyyat müəllimləri iştirak etmişdirlər.
Test  üsülu ilə keçirilən olimpiada da 33 məktəbli iştirak edib.  Olimpiadanın qalıbləri mükafatlandırılıb. Olimpiadada  I yeri 76 nömrəli tam orta məktəbin şagirdi Əliyev Məhəmmədəli Nəriman oğlu, II yeri 316 nömrəli tam orta məktəbin şagirdi Aslanova Jalə Bəhruz qızı, III yeri 85 nömrəli tam orta məktəbin şgiridi Şərifzadə Aydan Əjdər qızı . Qaliblər  YAP Suraxanı rayon təşkilatı tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırıliblar.
ZEKİYE2 ZEKİYYE
Mürtəza
Gununsesi.info