Ana iki övladını boğub öldürdü – "Oğlumu əllərimlə, qızımı isə yastıqla boğdum"

  • By admin
  • 06 Fevral 2017 11:56

tur-qadin

Türkiyənin İstanbul şəhərinin Bağçılar mahalında dəhşətli qətl hadisəsi baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı Xədicə Tiryaki həyat yoldaşının işdə olduğu zaman 5 yaşlı oğlu Məhəmməd, 4 aylıq qızı Rabia Tiryakini boğaraq öldürüb.

Belə ki, X. Tiryaki uşaqları öldürdükdən sonra qardaşına zəng edərək vəziyyətinin yaxşı olmadığını, uşaqlarını isə boğaraq öldürdüyünü deyib. Dərhal X. Tiryakinin yaşadığı evə gələn qardaşı Uğur Arı uşaqların cansız bədənlərini yatağın üzərində tapıb.

Məlumata görə, hadisədən sonra X. Tiryaki Bağçılar Təhlükəsizlik İdarəsi Asayiş Şöbə Əxlaq Büro Komandirliyi tərəfindən həbs olunub. H. Tiryaki uşaqlarını boğaraq öldürdüyünü etiraf edib:

“Uşaqlar davamlı olaraq xəstələnirdi. Onlara baxa bilmirdim. Həyat yoldaşıma uşaqları uşaq evinə verməyin lazım olduğunu söylədim. Amma yoldaşım buna razı olmadı. Sonda oğlumu əllərimlə, qızımı isə yastıqla boğdum”-, deyə o bildirib.

Anar
Gununsesi.info