Ana ilə 4 yaşlı oğlu dəm qazından zəhərləndi – Tovuzda

  • By admin
  • 20 Noyabr 2016 18:54

qaz_3697jk8987878

 

Tovuzda dəm qazından zəhərlənmə olub.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Düz Qırıqlı kənd sakini 1982-ci il təvəllüdlü Günel Bağırova və onun 4 yaşlı övladı Elmar dəm qazı zəhərlənmə əlamətləri ilə Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdirilib.

Onlara dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, G. Bağırova yaşadığı evdə hamamda övladını cimizdirən zaman hər ikisi dəm qazından zəhərlənib.

 

Gununsesi.info