Ana müxalifət partiyasının deputatı FETÖ-yə dəstək ittihamı ilə mühakimə olunacaq

  • By admin
  • 21 Avqust 2016 16:06

ad2f9d991e63e2a1768cfeb7610ea6d5

Türkiyədə ana müxalifət partiyasını deputatı Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək və casusluq ittihamı  mühakimə olunacaq.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Enis Berberoğlu 2015-ci il mayın 27-də jurnalist Can Dündara bir flaş-disk çatdırıb.

Həmin flaş-diskdə  Milli Kəşfiyyat Təşkilatın Suriyadakı türkmənlərə yardım aparan yük maşınlarının jandarma tərəfindən saxlanılmasına dair görüntülər olub. Həmin görüntülər sonradan “Cümhuriyyət’ qəzetində yayımlanıb. Bununla əlaqədar casusluq ittihamı ilə həbs edilən C. Dündar Həbs edildik adlı kitabında flaş-diski solçu bir millət vəkilindən aldığını yazıb. C. Dündarın telefon danışıqları araşdırılıb və flaş-diskin E. Berberoğlu tərəfindən ona verildiyi müəyyənləşdirilib.

Türkiyədə deputat toxunulmazlıqlarının qaldırılması ilə əlaqədar polis  iddianaməni İstanbul Baş Prokurorluğuna təqdim edib. İddianamədə E. Berberoğlunun flaş-diski nə vaxt və kimdən əldə etməsinin bilinmədiyini qeyd edilib. E. Berberoğlu İstanbul 14-cü Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.

Gununsesi.info